Azerbaycan haqqinda


Azerbaycan
Respublikasi
YAP



Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan)[7], şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir.[8] Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayonErmənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir.[9]Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyəilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.[10][11][12][13]Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.[12] Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin TürkmənistanQazaxıstan, İran və Rusiya sərhədə malikdir.
Azərbaycan Respublikası
Azərbaycan
Azərbaycan xəritədə yeri
Paytaxt
və ən böyük şəhər
Coat of arms of Baku.svg Bakı
40°25′N 49°50′E / 40.417°N 49.833°E
Rəsmi dillərAzərbaycan dili
Etnik qruplarAzərbaycanlılar[1] – 90.6,
Ləzgilər – 1.08%,
Ruslar – 1.43%,
Ermənilər – 1.26%,
Digərləri – 5.63%[1]
DemonimAzərbaycanlı
HökumətUnitar prezident respublikası
• Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Qanunverici hakimiyyətMilli Məclis
Yaranması28 may 1918
SSRİ-dən: 18 oktyabr1991
e.ə 332-ci il
28 may 1918-ci il (AXC)
18 oktyabr 1991-ci il
Sahəsi
• Ümumi
86,600[2] km2(33,400 sq mi) (112-ci)
• Su (%)
1,7[2]
Əhali
• Təxmini  (2019)
10 000 000[3] (91-ci)
• Siyahıya alma (2009)
8 922 447[4][5]
• Sıxlıq
111/km2 (287.5/sq mi)[6](2015) (104-cü)
ÜDM (AQP)2018 təxmini
• Ümumi
174.628 mlrd. (73-cü)
• Adambaşına
17.857 (71-ci)
ÜDM (nominal)2018 təxmini
• Ümumi
41.207 mlrd.
• Adambaşına
4.439
İİİ (2015) 0.759
yüksək · 78-ci
ValyutaAzərbaycan manatı(AZN)
Saat qurşağıAZV (UTC+4)
Telefon kodu994
İnternet domeni.az
Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür DiliPirallahıÇilovXərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdankənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.
Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında MannaSkif padşahlığıAtropatena və Albaniyakimi qüvvətli dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında SacilərŞirvanşahlarSalarilərRəvvadilərŞəddadilərdövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan RusiyayaCənubi Azərbaycanisə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.
Azərbaycan BMTAvropa ŞurasıAvropada Təhlükəsizlik və Əməkdaşlıq TəşkilatıGUAMŞərq TərəfdaşlığıTürk Şurasıİslam Əməkdaşlıq TəşkilatıBeynəlxalq Valyuta FonduAsiya İnkişaf BankıAvropa Yenidənqurma və İnkişaf BankıQara Dəniz İqtisadi Əməkdaşlıq TəşkilatıMAQATEKimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür.[14] 2017-ci ildə ABŞ-ın "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 849,5 milyard m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

WhatsApp AzerPro 9.50 AntiBan

Grand Theft Auto Baku Yukle

GTA Baki Yukle PC Konputer